"Marsel" Konfrans Liqasının yarımfinalında
Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçirilib və bütün yarımfinalçıların adına aydınlıq gəlib.
"Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi PSV-nin qonağı olub və 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. "Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşıb (İlk oyun - 3:3) və 3:1 hesablı qələbə ilə növbəti mərhələyə adını yazdırıb. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi PAOK-la Yunanıstanda üz-üzə gəlib. 1:0 hesab ilə rəqibini məğlub edən Fransa təmsilçisi yarımfinala adlayıb.." Roma" evdə "Budyo Qlimt"lə qarşılaşıb (ilk matç - 1:2) və rəqibini 4:0 hesabı ilə darmadağın edərək 1/2 finala yüksəlib.
Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Zahavi, 27 (1:0), Madisson, 77 (1:1), Pereyra, 88 (1:2)
İlk oyun - 0:0
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: Dessers, 2 (0:1), Traore, 14 (1:1), Dessers, 59 (1:2),Sinisterrra, 78 (1:3)
Qırmızı vərəqə: Kaçaraba, 94+4 ("Slaviya")
İlk oyun - 3:3
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Payet, 34
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0
Qollar: Abraham, 5, Zaniolo, 23, 29, 49
İlk oyun - 1:2.