Martın ən yaxşı baş məşqçisi açıqlandı

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, bu ada "Rostov" klubunun baş məşqçisi Valeri Karpin layiq görülüb.

O, azarkeşlər və mütəxəssislər arasında keçirilən sorğuda bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, "Rostov" komandası mart ayında keçirdiyi 3 oyunda qazandığı qələbələrlə aktivinə daha 9 xal yazdırıb.