“Masters” turniri: Nicat Abasov məğlubiyyətsiz irəliləyir
Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.
Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb.
Turnir 7 turdan ibarətdir.