Mauro İkardi "Qalatasaray"da daha bir tarixə imza atıb

Mauro İkardi "Qalatasaray"da daha bir tarixə imza atıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, argentinalı ulduz futbolçu "Fənərbağça" ilə Super Kubok matçının 50-ci saniyəsində vurduğu qolla derbinin ən erkən qoluna imza atıb. 

Daha öncə 8 aprel 1984-cü ildə Super Liqa matçının 50-ci saniyəsində Mirza Seydniç hesabı açaraq tarixə imza atmışdı. 

Qeyd edək ki, Super Kubok görüşü "Fənərbağça" klubunun meydanı tərk etməsi ilə təxirə salınıb.