Mayk Tayson döydüyü adama yarım milyona yaxın pul ödəyəcək
Dünya şöhrətli boksçu Mayk Taysonun aviareys zamanı sərnişinlərdən birinə xəsarət yetirdiyini yəqin ki xatırlayırsınız.
Sportline.az xəbət verir ki, sabiq mütləq dünya çempionu buna görə xeyli xərcə düşəcək.
Maykı özündən çıxaran, nəticədə döyülən şəxs kompensasiya olaraq 450 min dollar istəyir.
Bu haqda New York Post məlumat yayıb.
Zərəçəkən bu məbləğ qarşılığında məhkəməyə müraciət etməyəcəyini bildirib.
Xatırladaq ki, hadisə 2022-ci ildə baş vermişdi.