Mayk Tayson Nqannunu təriflədi

Boks dünyasının əfsanəsi Mayk Tayson MMA döyüşçüsü Francis Nqannunun WBC reytinqində ilk 10-luğa düşməsindan söz açıb.

Sportline.az xəbər verir ki, Nqannu Tayson Fyuri ilə döyüşdən sonra buna nail olub.

Hakimlərin qərarı ilə super ağır çəki üzrə dünya çempionuna uduzan MMA döyüşçüsünü bu döyüşə məhz Tayson hazırlayıb.

"O, Furi ilə döyüşdə əla təsir bağışladı. Onuncu yer Nqannu üçün çox aşağıdır. O, həqiqətən də bütün zamanların ən böyük boksçularından biri ilə yaxşı döyüşdü. İlk dəfə üçün əla da adlandırmaq olar", - deyə Tayson düşüncəsini bölüşüb.