Mbappe argentinalı əfsanəni geridə qoyub
Kilian Mbappe Alfredo Di Stefanonun 71 illik rekordunu qırıb.
Sportline.az xəbər verir ki, fransalı ulduz bir mövsümdə La Liqada vurduğu qol sayı ilə hamıdan üstün olub.
"Mayorka" ilə görüşdə 28-ci dəfə fərqlənən Mbappe 1953/54 mövsümündə 27 qol vurmuş əfsanəvi Alfredo Di Stefanonu arxada qoyub.
İvan Samarano 1992/93, Kriştiano Ronaldo isə 2009/10 mövsümlərində 26 dəfə fərqləniblər.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 54 matçda 40 qol 5 məhsuldar ötürmə müəllifi olub.