Mbappenin son vəziyyəti
PSJ-nin baş məşqçisi Maurisio Poçettino zədəli futbolçusu Kilian Mbappenin durumundan danışıb.
Sportline.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə matçda meydanda olub-olmayacağı ilə bağlı sualları da cavablandırıb:
“Yalnız ciddi bir şey olmadığına ümid edə bilərik. Killian əvəzlənməyə gedəndə o qədər də narahat görünmürdü, amma hamımız başa düşürük ki, hər hansı bir sərt təmas ciddi nəticələrə gətirib çıxara bilər. Tələsmək lazım deyil”.
Mbappe ötən gün “Mets”lə matçda (3:1) xəsarət alıb. Oyunçu dubl etdiyi görüşün son dəqiqələrində məcburi əvəzlənib.
Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSJ – “Mançester Siti” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.