Medvedev: "Belfastdakı oyunu unutmamışıq"
Azərbaycan millisinin üzvü Maksim Medvedev DÇ-2018-in təsnifat mərhələsində Şimali İrlandiya ilə oyun öncəsi fikirlərini bölüşüb.
SportLine.az xəbər verir ki, futbolçu matç öncəsi keçirilən mətbuat konfransında rəqibi yaxşı tanıdıqlarını deyib:
"Uzunmüddətdir, hazırlıq keçirik. Rəqibi tanıyırıq. Belfastdakı oyunu unutmamışıq. Şimali İrlandiyaya qarşı sonadək vuraşacağıq. Sabahkı oyundan yalnız yaxşı nəticə gözləyirik".
Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya görüşü sabah 20:00-da başlayacaq.