Məhşur müğənni "Zenit"-"Fakel" oyunundan əvvəl çıxış edəcək

Rusiyalı estrada müğənnisi Dima Bilan Premyer Liqanın 9-cu turunda keçiriləcək "Zenit" - "Fakel" matçından əvvəl səhnə alacaq.

Sportline.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş sentyabrın 21-də saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Zenit" 20 xalla turnir cədvəlinə başçılıq edir. 15-cı sıradakı "Fakel"in aktivində 5 xal var.