Məmmədyarov və Rəcəbov Çempionlar Turunun finalında mübarizəyə başlayır
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək.
Sportline.az xəbər verir ki, oktyabrın 4-dək davam edəcək onlayn yarışda 10 qrossmeyster mübarizə aparacaq. Onların arasında Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da var.
İştirakçılar 9 turdan ibarət dairəvi sistemlə mübarizə aparacaqlar. Hər tur 4 rapid partiyadan və ehtiyac yaranarsa, blits və armageddondan ibarət olacaq.
Rəcəbov startda rusiyalı Vladislav Artemyevlə qarşılaşacaq. Məmmədyarov isə ABŞ təmsilçisi Uesli So ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 300 min dollardır. Qalib 100 min qazanacaq.
Çempionlar turu
25 sentyabr
I tur
Teymur Rəcəbov - Vladislav Artemyev (Rusiya)
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)
Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ)