"Rostov"un sabiq futbolçusundan maraqlı açıqlama
"Rostov"un sabiq müdafiəçisi Metyu But 2002-ci ildə Cənubi Afrikanın "Mamelodi Sandaunz" komandasından RPL-a keçməsinin əsas səbəbinin pul olduğunu etiraf edib.
Sportline.az xəbər verir ki, keçmiş futbolçu Sport24.ru saytına verdiyi müsahibədə bu fikirləri səsləndirib.
-2002-ci ildə Rusiyaya necə gəldiyini xatırlayırsan?
Mən Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunda oynayırdım.Bizi o zaman gözəl məşqçi Viktor Bondarenko çalışdırırdı."Rostov"un baş məşqçisi İvan Savvidi ona zəng elədi və kömək istədi.Belə ki, Rusiya klubu o dövrdə autsayder idi və aşağı liqaya yuvarlanmamaq üçün keyfiyyətli futbolçulara ehtiyacı var idi.Bondarenko məni və yarımmüdafiəçi Qift Kampambunu təklif etdi.
-Sən dərhal razılaşdın?
Mən Rusiya haqqında heç nə bilmirdim, amma mənə nə qədər qazanacağımı dediklərində, dərhal əşyalarımı topladım və yola düşdüm.O an, mən yalnız pul haqqında düşünürdüm.Nə şəhər, nə rəqiblər, nə çempionat məni maraqlandırırdı-ilk növbədə pul gəlirdi.
-Oradakı məvacibin nə qədər idi?
Deməyəcəyəm.Sən ki, mənim həyat yoldaşım deyilsən.(gülərək).