Mərakeşli futbolçu PSJ ilə yeni müqavilə imzalamaq niyyətindədir
Hakimi PSJ ilə yeni müqavilə istəyir.
Sportline.az L'Equipe-ə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə parislilər arasında yeni müqavilə ilə bağlı danışıqlar müsbət irəliləmkdədir.
2021-ci ildən Fransa klubunda çıxış edən Hakimi bu müddət ərzində 123 oyuna çıxıb və 15 qol, 20 asistlə yadda qalıb.
Qeyd edək ki, onun hazırki müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.