Məşhur boksçu nazir olmaq istəyir
Boks üzrə mütləq dünya çempionu Aleksandr Usik Ukraynanın idman naziri olmaq istəyir.
Sportline.az xəbər verir ki, məşhur idmançı niyyətini "YouTube"dakı "Sportowy" kanalına müsahibəsində açıqlayıb.
"Gənclərimizə, uşaqlarımıza sağlam həyat tərzini aşılamaq istəyirəm. Böyük məmnuniyyətlə idman naziri olardım. Olacam da", deyə Usik planlarından söz açıb.
Qeyd edək ki, 37 yaşlı Usik bu il superağır çəkidə mütləq dünya çempionu adını qazanıb.