Məşhur cüdoçumuz yeni çəki dərəcəsində
Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov bu il özünü yeni çəki dərəcəsində sınamaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, 73 kq çəkidə Olimpiya Oyunlarının və dünya çempionatlarının gümüş mükafatçısı, Avropa çempionu olan 31 yaşlı idmançı bundan sonra 81 kiloqramda mübarizə aparacaq.
Orucovun 2023-cü ildə ilk sınağı yanvarın 27-29-da Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri turnirində olacaq.