Məşhur futbol şərhçisi koronavirusa yoluxdu
Məşhur bloqer, jurnalist, televiziya aparıcısı və şərhçi Vasili Utkin koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə Utkin şəxsi tvitter səhifəsində yazıb.
"Cənablar, mən müqəddəs Kovidiya klubuna daxil oldum. Xəstəlik azad söz kimi simptomsuz gəlir" deyə 49 yaşlı şərhçi vurğulayıb.
Qeyd edək ki, əvvəllər "Futbol klubu" verilişinin aparıcısı olmuş Vasili Utkin hazırda həvəskarlardan ibarət "Eqrisi" futbol klubunun sahibidir.