Məşhur futbolçu ilk oyunu "Qarabağ"a qarşı keçirəcək

"Olimpiakos"un yeni transferi Marselo ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirə bilər.

Sportline.az xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçında meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.