Məşhur futbolçu karyerasını bitirdi

Tyaqo Alkantara futbolçu karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, "Bavariya" və "Liverpul"un sabiq futbolçusu bunu özü bəyan edib.

33 yaşlı ispaniyalı vida paylaşımında bunları yazıb. 

"Təşəkkürlər, futbol. Mənə bu yolda dəstək olanlaraın hər birinə minnətdaram. Tezliklə görüşənədək!"

Qeyd edək ki, Alkantaranın son klubu 2020-ci ildən formasını geyindiyi "Liverpul" olub.