Məşhur futbolçudan sabiq klubuna ciddi ittiham

“Mançester Yunayted”in sabiq oyunçusu Markos Roxo sabiq baş məşqçisi Sulşer və komanda yoldaşı Maqvayr haqqında sərt fikirlər səsləndirib.
Sportline.az Tyc Sports nəşrinə istinadən xəbər verir ki, Rojo 2020-ci ildə Şulşer və Maqvayr haqqında bu fikirləri səsləndirib: “Bir gün Sulşerin otağına gedib ona dedim ki, məni əsas heyətdə meydana burax, yoxsa başqa kluba gedəcəm. O isə mənə dedi ki, - "Maqvayr böyük pul qarşılığında transfer edilib onu oynatmağa məcburam". Ona dedim ki, - "sən çox axmaq insansan, çünki Maqvayr hər oyun səhvlər edir sən isə onu əsas heyyətdə meydana buraxırsan”.
Qeyd edək ki, 2014-2020 ci illərdə "Mançester Yunayted"də çıxış edən Roxo hazırda Argentinanın “Boka Xuniors” klubunun şərəfini qoruyur.