Məşhur hakim karyerasını bitirir

Ispaniyalı FİFA referisi Mateo Laos karyerası ilə bağlı qərarını açıqlayıb. 

Sportline.az Marca qəzetinə istinadla xəbər verir ki, 46 yaşlı hakim mövsümün sonunda hakimlik kariyerasını bitirəcəyini bildirib.

Qeyd edək ki, dünyanın ən məşhur referilərindən sayılan Laos 2008-ci ildən Ispaniya çempionatında hakimlik edir.