Məşhur klubun adı və loqosu dəyişdirilir

İtaliya "İnter"i adını və loqosunu dəyişdirməyi planlaşdırır.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda italyanca tam adı "İnternazionale" olan Milan təmsilçisinin rəhbərliyi bunu qısaltmaq istəyir.

Onlar klubun, ölkə xaricində olduğu kimi, rəsmi şəkildə "İnter" adlandırılmasının tərəfdarıdır. "İnter"in yeni loqosu isə onun futbol komandası imicindən uzaqlaşmasına və qlobal bir media şirkəti olmasına imkan verəcək brendi təmsil edəcək.

Klub rəhbərliyi ev oyunlarının keçirildiyi stadionu ("Cuzeppe Meatsa") da dəyişmək niyyətindədir.

Qeyd edək ki, "İnter"in hazırkı adı və loqosu 1908-ci ildə klubun təsisçiləri tərəfindən hazırlanıb.