Məşhur məşqçilər Bakıya dəvət olunub

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir millinin sabiq baş məşqçilərinə jest edib.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, 71 yaşlı funksioner həyatda olan 12 yerli və əcnəbi mütəxəssisə AVRO-2020-nin oyunlarını canlı izləmək üçün dəvət göndərib.

Onların arasında Fatih Terim, Mustafa Denizli, Abdullah Avcı, Ersun Yanal, Quus Hiddink və Mirça Luçesku kimi baş məşqçilər var.

Qeyd edək ki, Türkiyə millisi Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.