Məşqçi mitinqlərdə iştirak etdiyinə görə saxlanıldı
Belarusun "Lvov" klubunun qapıçılar üzə məşqçisi Vasili Xomutovski 2020-ci ildə müxalifət mitinqlərində iştirakı ilə əlaqədar saxlanılıb .
Sportline.az tribuna.com-a istinadən xəbər verir ki, Belarus hakimiyyəti mütəxəssisə qarşı cinayət işi açıb. O, ictimai asayişi kobud şəkildə pozan hərəkətlərin təşkili və hazırlanması və ya onlarda fəal iştirak etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin bu maddəsinin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Vasili Xomutovski 2000 - 2008-ci illərdə Belarus yığmasının formasını geyinib.