Messi "Barselona"dan ayrılır

Argentinalı ulduz Lionel Messi 2018-ci ilin yayında "Barselona"dan ayrılmaq niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə "Daily Post" nəşri məlumat yayıb.

Xəbərdə futbolçunun klubdan narazı qaldığı və buna görə karyerasını başqa yerdə davam etdirmək niyyətində olduğu bildirilib.

Hazırda qüvvədə olan razılaşma 2018-ci ilin yayında başa çatacaq. Bundan sonra hücumçu Kataloniya klubunu tərk edəcək.

Qeyd edək ki, L.Messinin növbəti il "Mançester Siti"yə keçəcəyi gözlənilir.