Messi qərarını açıqladı

Lionel Messi yenidən UEFA Çempionlar Liqasını qazanmaq arzusundadır.

Sportline.az L`Equipe qəzetinə istinadən xəbər verir ki, Messinin gələcəyi ilə bağlı qərarı “PSJ” və “Barselona”nın yeni mövsüm üçün planlarından asılı olacaq. 

Argentinalı futbolçu daha iddialı komandada oynamaq istəyir ki, bu müstəvidə “Pari Sen Jermen” kataloniyalıları üstələyir.

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə çıxdığı 36 oyunda 20 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb.