Messi rekorda doğru

“Barselona”nın hücumçusu Lionel Messi bu gün İspaniya La Liqasında tarixi rekorda imza ata bilər.

Sportline.az “Ole” nəşrinə istinadən xəbər verir ki, o, bu gün yeddinci dəfə İspaniya çempionatının bombardiri olmağa çox yaxındır. Messi indiyədək altı dəfə (2010, 2012, 2013, 2017, 2018, 2019-cü illər) bombardirə verilən “Piçiçi” mükafatının sahibi olub.

Bu nəticəyə görə argentinalıya şərik olan yalnız Telmo Zarradır (1945, 1946, 1947, 1950, 1951, 1953).

Beləliklə, bu gün argentinalı artıq 7-ci dəfə İspaniya çempionatının bombardiri adını qazanmış ilk futbolçu kimi tarixə düşə bilər.
 
Bu mövsüm Messi La Liqada 23 qol vurub. Onun ən yaxın izləyicisi, “Real”ın hücumçusu Kərim Benzemanın ehtyatında 21 qol var.

Bu gün İspaniya çempionatının sonuncu – 38-ci turunda “Barselona” “Alaves”lə, “Real” isə “Leqanes”lə qarşılaşacaq.