Messi Ronaldodan forma almadığına görə peşmandır

"Barselona"nın hücumçusu Lionel Messi forma kolleksiyasında kimin formasını görmək istədiyi barədə danışıb.

Sportline.az xəbər verir ki, o, bu barədə "Ole“yə müsahibəsində deyib: "Ronaldo və  Roberto Karlosdan forma istəmədiyimə görə təəssüflənirəm , çünki onlara qarşı oynadım. İndi kolleksiyamda onların köynəklərinin olmasını istərdim".

Argentinalı hücumçu karyerasının əvvəlində onlardan forma istəməyə utandığını söyləyib:
“Yaşım artdıqca forma toplamaq, xatirələr haqqında daha çox düşünməyə başladım. Əvvəllər buna əhəmiyyət vermədim. Qardaşım Mathias bir çox formanı saxladı.