Messinin son durumu

Argentina millisinin kapitanı Lionel Messi Yamayka seçməsinə qarşı oyunu buraxa bilər.

Sportline.az TyC Sports-a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu soyuqlayıb.

Messi oyun saatınadək özünü tam hazır hiss etməsə onu "Mançester Siti"nin forvardı Xulian Alvares əvəzləyəcək. 

Qeyd edək ki, Argentina - Yamayka görüşü sentyabrın 28-də keçiriləcək.