"Meydanda həm azərbaycanca, həm də türkcə danışırdılar"

Türkiyə millisinin üzvü Abdulkadir Ömür yığmamızla keçirilən yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, “Trabzonspor”un yarımmüdafiəçisi yerli mətbuata açıaqlamasında 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda deyib:

“Qardaş ölkəmiz Azərbaycanla qarşılaşdıq. Meydanda həm azərbaycanca, həm də türkcə danışırdılar. Bizim üçün yaxşıydı. İnşallah, belə davam edə bilərik”.

21 yaşlı futbolçu Avro-2020-də millinin heyətində yer almaq üçün çox çalışdığını bildirib: “Hər kəs bu formanı geyinmək istəyir. Avropa çempionatına getmək, komandama az da olsa xeyir vermək üçün “Trabzonspor”da çox çalışmışam. Yaxşı məşqlər edirik. Tədricən millidə şans qazanıram”.