Meza Kolli qərarını verdi
"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandadan ayrılıb.
Sportline.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz instaqram səhifəsində paylaşım edib.
Karyerasında 3 dəfə "Keşlə"də çıxış edən 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçmişdi.
Onun "Neftçi"yə keçəcəyi gözlənilir.