Mikel Arteta brazilyalı ulduzu komandasında görmək istəyir
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonun transferini rəhbərliktən tələb edib.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Rodriqonun mümkün keçidi barədə düşünür.
24 yaşlı vingerin transfer qiyməti 100 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 məhsuldar ötürmə müəllifi olub.