"Milan" 39 yaşlı əfsanəni heyətinə qatmaq istəyir
"Real Madrid"lə yollarını ayıran xorvatiyalı futbolçu Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Milan" klubu Modriçin xidmətində maraqlıdır.
39 yaşlı yarımmüdafiəçinin hazırkı dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, Modriç "Milan"a azad agent kimi transfer olmağa yaxındır.
O, ötən mövsüm meydana çıxdığı 57 matçda 4 qol 9 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Modriç karyerası ərzində daha əvvəl "Zadar", "Dinamo Zaqreb", "Mostar", "İnter Zapreşiç" və "Tottenhem" kimi klublarda çıxış edib.