"Milan" bu futbolçuya "elçi düşüb"
“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az “Telefoot”a istinadən xəbər verir ki, İtaliya təmsilçisi “Marsel”dən Florian Tauvini transfer etmək istəyir. A Seriya klubu artıq 27 yaşlı hücumçuya görə Fransa təmsilçisinə təklif göndərib.
Tauvin “Marsel”lə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Tauvin Fransa millisinin də üzvüdür.