"Milan" daha bir futbolçunun ayrılığını açıqlayıb

"Milan" mövsümün sonu müqaviləsi başa çatan Simon Kyaerin komandadan ayrılacağını açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadla  xəbər verir ki, danimarkalı futbolçu ilə mövsümün sonu yollar ayrılacaq.

Simon Kyaer 2020-ci ildə "Sevilya"dan "Milan"a 3.7 milyon avro qarşılığında transfer olunmuşdu.

35 yaşlı müdafiəçi "Rossoneri"nin heyətində ümumillikdə 120 oyuna çıxıb və 2021/2022-ci ildə İtaliya A Seriyasının qalibi olub.

Qeyd edək ki, Simon Kjaer 2019 və 2021-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.