"Milan" daha bir portuqaliyalı futbolçunu transfer edəcək
"Milan" "Sportinq"in futbolçusu Qonçalo İnasionu heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Nikola Şıkira məlumat yayıb.
24 yaşlı stopperin meneceri İtaliya klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Q.İnasio dəyəri 40 milyon avrodur.