"Milan" ilk transferini reallaşdırdı

Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq "Milan" ilk transferini edib. SportLine.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" "Vilyarreal"ın müdafiəçisi Mateo Musakkio ilə razılığa gəlib. 

Bu gün tibbi müayindən keçən 26 yaşlı müdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib. 

Qeyd edək ki, M.Musakkio 2010-cu ildən İspaniya klubunda çıxış edir.