"Milan" üçün 1 milyard avro
Bəhreynin "İnvestcorp" investisiya şirkəti "Milan"ı almaq istəyir.
Sportline.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sözügedən şirkət klubun hazırkı sahibi "Elliott Management"lə danışıqlar aparır.
Xəbərdə o da qeyd olunub ki, "İnvestcrop" "Milan"ın borcları da daxil olmaqla, kluba görə təxminən 1 milyard avro ödəməyə hazırdır. Tərəflər artıq müqavilə imzalamağa yaxındırlar.