"Milan Ultras” futbolçuları sərt şəkildə tənqid edib

Uefa Avropa Liqasında “Roma”ya məğlubiyyətdən sonra “Milan” fanatları futbolçuları sərt şəkildə tənqid ediblər.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, oyundan sonra futbolçularla bir araya gələn fanatlarlar “Kişi olun! Artıq xarakterinizi göstərin” ifadələrini işlədiblər.

Final fitindən sonra milanlı futbolçular azarkeşlərə təşəkkür etməyə getsələr də,  onları mövsümün ən vacib oyununda uduzmaqla ittiham edən qəzəbli ultraslarla qarşılaşdılar.

Qeyd edək ki, “Milan” Uefa Avropa Liqasının ¼ final mərhələsində 2 oyunun nəticəsinə görə “Roma”ya 3-1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşdı.