"Milan"da Stefano Pioli dönəmi sona çatıb
"Milan" baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Rossoneri"nin "sükanı arxası"nda 238 sərmi oyuna çıxan italiyalı mütəxəssis bu görüşlərə 1.9 xal ortalaması əldə edib.
Qeyd edək ki, 58 yaşlı Stefano Pioloni adı bir neçə gündür "Fənərbağça" ilə hallanır.