"Milan"dan ayrılan futbolçu "Latsio"da

“Milan”ın sabiq müdafiəçisi Alessio Romanyoli “Latsio”ya keçəcək.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Roma klubu ilə 5 illik müqavilə imzalayacaq.

Yaxın günlərdə Romanyolinin tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, italyan futbolçu ötən mövsüm “Milan”ın heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.