"Milan"dan növbəti transfer
Növbəti mövsüm Avropa liqasında çıxış edəcək "Milan" heyətini gücləndirməkdə davam edir. SportLine.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" "Atalanta"nın gənc ulduzu Frank Kessye ilə razılığa gəlib.
20 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla münasibətlər rəsmiləşdiriləcək.