"Milan"dan "Parma"ya

“Milan”ın futbolçusu Andrea Konti “Parma”ya keçib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi icarəyə verilib.

"Parma"nın Kontini icarədən sonra 7 milyon avroya transfer etmək hüququ var. 

Qeyd edək ki, Andrea bu mövsüm "Milan"da 2 oyun keçirib. Onun "qırmızı-qaralar"la 2022-ci ilin iyununa qədər müqaviləsi var.