“Milan”ın futbolçusu “Arsenal”ın radarındadır
“Milan”ın niderlandlı futbolçusu Ticani Reynders karyerasını “Dumanlı Albion”da davam etdirə bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” klubu Reynders ilə yaxından maraqlanır. London klubunun rəhbərliyi yanvar ayında “Milan”a rəsmi təklif göndərəcək.
İtaliya klubunun rəhbərliyi Ticani Reynders üçün “Arsenal”dan 40 milyona avro tələb edir.
26 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Ticani Reynders cari mövsümdə çıxış etdiyi 16 matçda 5 qol və 2 asistlə yadda qalıb.