"Milan"ın futbolçusu "Bavariya" yolunda

"Milan"ın futbolçusu Teo Ernandes növbəti mövsümü Almaniya Bundesliqasında başlaya bilər.

Sportline.az xəbər verir ki, "Bavariya" 26 yaşlı müdafiəçini heyətə qatmağı planlaşdırır.

Bu haqda İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Alfonso Devisin Münhendən ayrılma ehtimalı "Bavariya" rəhbərliyini bu fikrə salıb.

Qeyd edək ki, bu mövsüm 45 oyuna çıxan Ernandes 5 qol və 11 asist müəllifidir.

Transfermarkt portalında onun dəyəri 60 milyon avrodur.