"Milan"ın keçmiş futbolçusu Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər

Ulduz futbolçuların və aparıcı baş məşqçilərin yollandığı Səudiyyə Ərəbistanı daha bir transfer "bomba"sına hazırlaşır.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Əl-Taun" klubu baş məşqçi postuna Giennaro Qattuzonu gətirməyi düşünür.

46 yaşlı mütəxəssis son olaraq "Marsel"i çalışdırıb və fevralda uğursuz nəticələrə görə istefaya göndərilib.

Qeyd edək ki, Qattuzo 2020-ci ildə "Napoli" ilə İtaliya kubokunun qalibi olub.