"Milan"ın ulduzu ərəb klubunun hədəfində

"Milan"ın ulduzu Rafael Leao Ərəbistan səmasında parlaya bilər.

Sportline.az xəbər verir ki, portuqaliyalı ulduzla Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" ciddi maraqlanır.

Bu haqd "O Jogo" məlumat yayıb.

24 yaşlı futbolçunun atasının bu həftə danışıq üçün Ərəbistana yollanacağı bildirilir.

İlkin informsiyaya görə, "Əl-Hilal" bu transfer üçün "Milan"a 175 milyon avro ödəməyə hazırdır.