Millətlər Liqası: 2-ci tura start verilir
Bu gün UEFA Millətlər Liqasında 2-ci turun oyunlarına start veriləcək.
Bakusport.az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma oynanılacaq.
İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşan Almaniya yığması A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olacaq. İspaniya isə Ukraynanı qəbul edəcək.
B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gələcək. Rusiya isə Macarıstanın qonağı olacaq.
Eyni liqanın 4-cü qrupunda Uels Bolqarıstanı, İrlandiya isə Finlandiyanı qəbul edəcək. C Liqasının 3-cü qrupunda Sloveniya Moldova ilə, Kosovo Yunanıstan ilə qarşılaşacaq.
D Liqasının 1-ci qrupunda isə Andorra Farer adalarını, Malta Latviyanı qəbul edəcək.
6 sentyabr
UEFA Millətlər Liqası
II tur
A Liqası
4-cü qrup
22:45. İspaniya - Ukrayna
22:45. İsveçrə - Almaniya
Xal durumu: Ukrayna - 3, İspaniya - 1, Almaniya - 1, İsveçrə - 0.
B Liqası
3-cü qrup
20:00. Macarıstan - Rusiya
22:45. Serbiya - Türkiyə
Xal durumu: Rusiya - 3, Macarıstan - 3, Türkiyə - 0, Serbiya - 0
4-cü qrup
17:00. Uels - Bolqarıstan
20:00. İrlandiya - Finlandiya
Xal durumu: Uels - 3, Bolqarıstan - 1, İrlandiya - 1, Finlandiya - 0.
C Liqası
3-cü qrup
20:00. Sloveniya - Moldova
22:45. Kosovo - Yunanıstan
Xal durumu: Kosovo - 1, Moldova - 1, Sloveniya - 1, Yunanıstan - 1
D Liqası
1-ci qrup
17:00. Andorra - Farer adaları
22:45. Malta - Latviya
Xal durumu: Farer adaları - 3, Latviya - 1, Andorra - 1, Malta - 0