Millətlər Liqası: Şotlandiya Ukraynaya qarşı

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.

Sportline.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, "Hempden Park" stadionu

Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4 (4 oyuna), Ermənistan - 3 (4 oyuna)