Millətlər Liqası da təxirə salına bilər

Millətlər Liqasının oyunları təxirə salına bilər

UEFA Millətlər Liqasının 2020-21 mövsümü koronavirus pandemiyası səbəbindən təxirə salına bilər.

Sportline.az xəbər verir ki, qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin oyunlarını gələn il təşkil etməyi planlaşdırır.

Qurum eyni zamanda 2020-ci ildə milli  komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini – Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdır. Bu rəsmiləşərsə, gələn ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.