Hollandiya son dəqiqələrdə mərhələ adladı
UEFA Millətlər Liqasında son tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə futbolsevərlər daha 9 oyuna şahidlik ediblər.
Diqqətlər, əsasən, Almaniyaya yönəlib. Burada yerli komanda Hollandiya ilə münasibətləri aydınlaşdırıb. Budnestim üçün bu görüş formal xarakter daşısa da, "narıncılar" üçün bu matç ölüm-qalım mübarizə idi. Gərgin keçən görüşün son dəqiqələrinə qədər hesabda geri olan Hollandiya futbolçuları əzmkar oyunla vəziyyəti xeyirlərinə dəyişməyi bacarıblar. Beləliklə, xal ehtiyatını 7-ə çatdıran Hollandiya millisi əlavə göstəricilərdə Fransanı üstələyib və "pley-off"a adlayıb.
19 noyabr 2018
Millətlər Liqası
6-cı tur
"A" Liqası, 1-ci qrup
Almaniya - Hollandiya - 2:2
QOLLAR: Timo Verner, 9 (1:0); Leroy Sane, 20 (2:0); Promes, 85 (2:1); Vircil van Dayk, 90+2 (2:2)
1. Hollandiya - 7
2. Fransa - 7
3. Almaniya - 2
"B" Liqası, 1-ci qrup
Çexiya - Slovakiya - 1:0
QOL: Patrik Şik, 32 (1:0)
1. Ukrayna - 9
2. Çexiya - 6
3. Slovakiya - 3
"B" Liqası, 4-cü qrup
Danimarka - İrlandiya - 0:0
1. Danimarka - 8
2. Uels - 6
3. İrlandiya - 2
"C" Liqası, 3-cü qrup
Bolqarıstan - Sloveniya - 1:1
QOLLAR: Qalin İvanov, 68 (1:0); Miha Zayç, 75 (1:1)
Kipr - Norveç - 0:2
QOLLAR: Ola Kamara, 36 (0:1); Ola Kamara, 48 (0:2)
1. Norveç - 13
2. Bolqarıstan - 11
3. Kipr - 5
4. Sloveniya - 3
"D" Liqası, 1-ci qrup
Andorra - Latviya - 0:0
Gürcüstan - Qazaxıstan - 2:1
QOLLAR: Merebaşvili, 59 (1:0); Çakvetadze, 84 (2:0); Omirtayev, 90+1 (2:1)
1. Gürcüstan - 16
2. Qazaxıstan - 6
3. Latviya - 4
4. Andorra - 4
"D" Liqası, 4-cü qrup
Makedoniya - Cəbəllüttariq - 4:0
QOLLAR: Enis Bardi, 27 (1:0); Nestorovski, 67 (2:0); Nestorovski, 80 (3:0); Traykovski, 90+2 (4:0)
Lixtenşteyn - Ermənistan - 2:2
QOLLAR: Adamyan, 9 (0:1); Büxel, 44 (1:1); Hasler, 47 (2:1); Karapetyan, 85 (2:2)
1. Makedoniya - 15
2. Ermənistan - 10
3. Cəbəllüttariq - 6
4. Lixtenşteyn - 4